
BAKI, 26 fevral. TELEQRAF
HƏMAS İsrailin 602 məhbusu azad etməyi qəbul etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İsrail keçən həftənin şənbə günü məhbus mübadiləsini təxirə saldığını açıqlamışdı. Bu açıqlamadan sonra Qəzzada atəşkəsin yenidən pozulacağı gözlənilirdi.
Ancaq İsrail və HƏMAS arasındakı ziddiyyətlərin həll olunduğu bildirilib. HƏMAS israilli girovlarla fələstinli məhbusların eyni anda azad ediləcəyini bəyan edib.