BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ingilis dilini ölkənin rəsmi dili kimi tanıyan fərman imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

“Prezident Tramp ilk dəfə ingilis dilini ABŞ-nin rəsmi dili edəcək fərman imzalamağı planlaşdırır.

Sərəncam ABŞ-nin keçmiş prezidenti Bill Klintonun agentliklərdə və digər federal maliyyə sahələrində ingilis dilini bilməyənlərə dil yardımı göstərməyi tələb edən sərəncamını ləğv edəcək. Bu fərman qəbul olunarsa, ölkədə presedent yaradacaq”, - nəşr mənbələrə istinadən yazıb.