BAKI, 27 fevral. TELEQRAF

Fevralın 26-da İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bildirib.

“Suriyanın yeni hökuməti cənubda mövqeləri və hərbi postları ələ keçirməyə ilk cəhdini etdi. Buna cavab olaraq, İsrail Hava Qüvvələri zərbələr endirdi. Suriyanın cənubunda hərbi-sərhəd bölgəsində demilitarizasiya rejiminin pozulmasına və təhlükə yaranmasına imkan verməyəcəyik”, - o qeyd edib.