BAKI, 27 fevral. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonun danışıqlar aparmaq qabiliyyətini sübut edəcəyi təqdirdə ABŞ ilə danışıqları bərpa etmək imkanlarına icazə verib.

Teleqraf xəbər verir ki, prezident İranın heç vaxt Amerika ilə danışıqlara getməyəcəyini bildirmədiyini deyib.

“Sanksiyalardan qorxmaq lazım deyil. Bəziləri söyləyirlər ki, bizim (ABŞ ilə) danışıqlar masasına oturmaqdan başqa seçimimiz yoxdur. Amma biz danışıqlara getməyəcəyimizi deməmişik, biz sadəcə, quldurlara baş əyməyəcəyik.

Bizim bir sözümüz var: əvvəlcə qohum olduğunuzu sübut edin, sonra miras tələb edin. Əvvəlcə bütün sanksiyaları tətbiq etmək, sonra danışıqlar təklif etmək mümkün deyil”, - Pezeşkian bildirib.