
BAKI, 27 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından köçürülməsi ilə bağlı planı qəbuledilməzdir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir Türkiyənin bu məsələdə mövqeyinin aydın olduğunu vurğulayıb:
“Dünyada bunu müdafiə edən iki ölkə var: Amerika və İsrail. Dünyanın qalan hissəsi buna qarşıdır”.
Təşəbbüsü “ağlasığmaz” adlandıran Hakan Fidan ərəb ölkələrinin Qəzzanın yenidən qurulması, idarə olunması və təhlükəsizlik məsələləri ilə bağlı plan üzərində işlədiklərini bildirib.