BAKI, 28 fevral. TELEQRAF

Dövlət Turizm Agentliyi ABŞ-nin məşhur "Cable News Network Inc" (CNN) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Teleqraf xəbər verir ki, müqaviləyə əsasən, CNN şirkətinin Dövlət Turizm Agentliyinə təbliğat xidməti göstərməsi nəzərdə tutulub.

Qarşılığında Agentlik kanala 1 milyon 190 min manat vəsait ödəyəcək.

Qeyd edək ki, 1 iyun 1980-ci ildə Ted Törner tərəfindən qurulan CNN telekanalı dünyanın ilk xəbər kanallarından biri hesab edilir.