BAKI, 28 fevral. TELEQRAF

İstanbuldakı məsləhətləşmələr zamanı ABŞ Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dəki yeni səfiri təyin edilməsinə dair razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fevralın 27-də İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması məsələlərinə dair Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən məsləhətləşmələr zamanı Amerika tərəfi Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Nikitiç Darçiyevin səfir vəzifəsinə təyin edilməsi ilə bağlı razılığa dair rəsmi nota təqdim edib", - bəyanatda belə deyilir.

Yaxın vaxtlarda onun Vaşinqtondakı xidmət məntəqəsinə gedəcəyi gözlənilir.