
BAKI, 27 fevral. TELEQRAF
İsrail və Fələstin hərəkatı HƏMAS arasında atəşkəs rejimi uzadılmadığı təqdirdə, İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza sektorunda döyüşlərin bərpası üçün bir neçə variantlı plan hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Yeni planda daha intensiv döyüş əməliyyatları və Fələstin hərəkatı HƏMAS-ın Qəzzəyə göndərilən humanitar yardımı ələ keçirməsinin qarşısını almağa xüsusi diqqət yetirilir.
"Planın hazırlanması çərçivəsində, İsrailin müdafiə naziri İsrael Katz hərbçilərinə Qəzzə ərazisinə daxil olan humanitar yardımı nəzarətə götürmək və paylamaq imkanı ilə bağlı tapşırıq verib. Lakin İsrailin keçmiş müdafiə naziri Yoav Qalant hərbi əməliyyat və hüquqi səbəblərdən humanitar yardım axınını nəzarət altına almaq ideyasına qarşı çıxıb",- məlumatda qeyd olunur.