
BAKI, 27 fevral. TELEQRAF
HƏMAS hərəkatı İsrailin 642 fələstinli məhbusu azad etməsini təsdiqləyib və razılaşmaya sədaqətini bir daha vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə HƏMAS bütün öhdəlikləri yerinə yetirməyə hazırdır.
"Biz razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara başlamağa hazırıq və bir daha bildiririk ki, Qəzza sektorundakı bütün girovları azad etməyin yeganə yolu danışıqlar aparmaqdır", - hərəkatdan belə deyilib.
Qeyd edək ki, İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə Qəzza sektorunda dörd girovun cəsədini təhvil alıb.