
BAKI, 28 fevral. TELEQRAF
ABŞ-nin BMT-dən çıxması bu beynəlxalq təşkilatın gələcək taleyini həll edəcək. Çünki BMT büdcəsi və təşkilatın sülhməramlı əməliyyatlarına verilən maddi töhfənin təxminən, üçdə bir hissəsi Birləşmiş Ştatların payına düşür.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın BMT-dəki keçmiş səfiri Vladimir Yelçenko deyib.
Onun proqnozuna görə, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra ortaya yeni beynəlxalq təşkilat çıxacaq:
“Elə bir vəziyyət təsəvvür etmək olar ki, hazırda davam edən müharibənin gedişində və ya ondan sonra dövlətlər yeni bir təşkilat yaradacaqlar. Əminəm ki, Ukrayna da onların arasında olacaq, biz öz sözümüzü deyəcəyik. 1945-ci ildə BMT-nin qurucusu olduğumuz kimi, bu dəfə də yeni təşkilatın qurucu atalarından biri olacağıq. Bundan sonra onun nə adlanacağını bilmirəm, amma yaradılacağına ürəkdən inanıram”.
Xatırladaq ki, bundan əvvəl KİV-lər ABŞ Prezidenti Donald Trampın ölkəsini BMT-dən çıxarmaq istədiyini yazmışdı.