BAKI, 27 fevral. TELEQRAF.

İsrail həbsxanalarından azad edilən fələstinli məhbusları daşıyan ilk avtobus İordan çayının qərb sahilinə çatıb.

Teleqraf xəbər verir ki, Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı hadisə yerindən canlı yayım təşkil edib.

Onun nümayiş etdirdiyi kadrlarda böyük izdihamının keçmiş məhbusları daşıyan avtomobili qarşılamaları əks olunur.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtobus İordan çayının qərb sahilindəki Fələstin ərazilərinin inzibati paytaxtı Ramallah şəhərinə çatıb.