
BAKI, 28 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Von Der Leyen Türkiyəyə rəsmi səfər edib.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Aİ sədri Ursula fon der Leyen çərşənbə axşamı Türkiyəyə rəsmi səfər edib. Von der Leyen prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, suriyalı qaçqınlar üçün Türkiyəyə əlavə 1 milyard avro ödəniləcək.
Von der Leyen Ankaranın Yaxın Şərqdəki təhlükəsizlik narahatlıqlarına cavab verilməli olduğunu da vurğulayıb.