Növbəti illər ərzində Azərbaycan qazının Türkiyə və Avropaya ixrac həcminin artırılması üçün işbirliyini davam etdiririk.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Bakıda türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki,12 ölkədən ibarət qaz ixracının coğrafiyası daha da genişləndiriləcək.

"Hazırda Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir",- XİN rəhbəri qeyd edib.