Yeni Azərbaycan Partiyası (YAP) Mətbuat Xidmətinin rəhbəri tutduğu vəzifədən azad edilib.

Bu barədə Teleqraf.com-a partiyadan məlumat verilib.

Bildirilib ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyindən partiyadakı vəzifəsindən azad edilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.