BAKI, 7 oktyabr. TELEQRAF

Pensiya təminatı ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyası üzrə keçirilən bugünkü iclasında müzakirəyə çıxarılıb.

Burada əsas məqsəd pensiya təminatının təkmilləşdirilməsi ilə bağlı qanun layihəsində ediləcək dəyişikliklərlə bağlıdır.

Layihə ilə “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və digər qanunlara dəyişikliklər təklif olunur.