BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin yaradılması ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişiklik təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyası üzrə keçirilən bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklər şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, əlilliyi olan şəxslər və digər həssas qruplarla bağlı qanunları əhatə edir.
Həmçinin Mülki Prosessual, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə, eləcə də vəkillik, uşaq hüquqları, məişət zorakılığının qarşısının alınması və insan alverinə qarşı mübarizə ilə bağlı qanunlara dəyişikliklər təklif olunur.
Layihə Milli Məclisin komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.