BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin təşkilinin Vəkillər Kollegiyasına həvalə edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyası üzrə keçirilən bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində pulsuz hüquqi yardımın göstərilməsi üçün müvafiq mexanizmin yaradılması ilə yanaşı, paraleqallar institutunun formalaşdırılması da nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərin məqsədi hüquqi yardıma ehtiyacı olan şəxslərin bu xidmətlərdən daha sistemli şəkildə yararlanmasını təmin etməkdir. Layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.