BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli istifadəsinə dair yeni tələblər müəyyənləşdirilir.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bu günki iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, istifadəyə yararlı kənd təsərrüfatı torpaqlarının istifadəsiz saxlanılmasının qarşısının alınması nəzərdə tutulur. Bu tələb dincə qoyulmuş torpaqlara şamil edilməyəcək.
Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqların zibillənməsi, çirklənməsi, korlanması, təyinatına uyğun olmayan məqsədlər üçün istifadəsi və əkin yerlərinin yandırılması qadağan edilir.
Bununla yanaşı, torpaqların münbitliyinin qorunması, aqrokimyəvi xəritələrin hazırlanması və müasir texnologiyalardan istifadə ilə bağlı tədbirlər də müəyyənləşdirilir.