BAKI, 7 oktyabr. TELEQRAF

“İranla əldə ediləcək istənilən razılaşma Tehranın nüvə silahı əldə etmək və nüvə proqramını inkişaf etdirmək imkanlarının olmamasını təmin etməlidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“İranın nüvə silahı ola bilməz. Nöqtə! Nəyin məqbul, nəyin isə qəbuledilməz olduğunun təfərrüatlarına varmayacam, amma onların nüvə proqramı olmayacaq. Onların razılaşacağı və ABŞ-nin məqbul hesab edəcəyi hər şey İranın nüvə silahına sahib olmayacağını nəzərdə tutmalıdır”, - o vurğulayıb.