BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda aqrar məhsulların müqavilə əsasında istehsalı və tədarükünün genişləndirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, kənd yerlərinin aqrar baxımdan inkişafı istiqamətlərindən biri aqrar məhsulların müqavilə əsasında istehsalının tətbiqi və genişləndirilməsi olacaq.

Bu yanaşma çərçivəsində aqrar məhsul istehsalçıları ilə digər təsərrüfat subyektləri arasında əvvəlcədən müəyyən edilmiş şərtlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Müqavilə əsaslı istehsal və tədarükün həyata keçirilməsi qaydalarının isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi təklif olunur.