BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda pulsuz hüquqi yardımın ilkin və peşəkar hüquqi yardım olmaqla iki formada göstərilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyası üzrə keçirilən bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ilkin hüquqi yardım çərçivəsində şəxslərə qanunvericilik, hüquq və vəzifələr barədə məlumat veriləcək, ərizə, şikayət və digər hüquqi sənədlərin hazırlanmasına kömək göstəriləcək.

Peşəkar hüquqi yardım isə şəxsin məhkəmələrdə və digər hüquqi proseslərdə müdafiəsi və təmsil olunmasını əhatə edəcək. Müvafiq qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.