BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya çempionatında növbəti görüşə çıxıb.
Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/8 finalda özbəkistanlı Murodcan Yuldoşevlə üz-üzə gəlib.
O, rəqibini məğlub edərək yarımfinala vəsiqəni təmin edib.
***
12:34
Azərbaycan cüdoçusu Ömər Rəcəblinin dünya çempionatında ilk görüşü başa çatıb.
Teleqraf xəbər verir ki, cüdoçumuz 1/16 final mərhələsində Sibqatullah Arabla (IRT) qarşılaşıb.
81 kq çəki dərəcəsində mübarizə aparan Ömər rəqibini vaxtından əvvəl ipponla məğlub edərək 1/8 finala adlayıb.