BAKI, 7 oktyabr. TELEQRAF
Yeni qanun layihəsində aqrar sahədə elmi tədqiqatların və innovasiyaların inkişafına xüsusi yer ayrılır.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Elmi tədqiqatların əsas istiqamətləri sırasında yerli şəraitə uyğun məhsuldar və davamlı bitki sortlarının və yeni texnikanın yaradılması və aqrar tullantıların idarə edilməsi də elmi tədqiqat istiqamətlərinə heyvan cinslərinin yaradılması, mövcud sort və cinslərin yaxşılaşdırılması, yüksək keyfiyyətli toxum və damazlıq materialının istehsalının təşkili göstərilir.
Bundan başqa, bitki sağlamlığı, bioloji təhlükəsizlik, heyvan xəstəliklərinin profilaktikası, torpaqların münbitliyinin və suvarma suyunun keyfiyyətinin qorunması üzrə yeni metod və texnologiyaların hazırlanması nəzərdə tutulur.
Kənd təsərrüfatı texnikasının səmərəli istifadəsi, yeni texnikanın yaradılması və aqrar tullantıların idarə edilməsi də elmi tədqiqat istiqamətlərinə daxil edilir.