BAKI, 7 oktyabr. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu fransalı futbolçusu Orelyen Tçuamenini satmaq istəyir.

Teleqraf xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin La Liqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.

Buna baxmayaraq, klub rəhbərliyi gələcək transfer pəncərələrində münasib təklif gəldiyi halda onun satışına razı olacaq.

Madrid klubu Tçuamenini həmyerlisi Eduardo Kamavinqadan daha əvvəl satmağı düşünür.

Qeyd edək ki, Orelyen Tçuameni 2022-ci ildən “Real Madrid”də çıxış edir.