BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda aqroturizmin inkişafının dövlət tərəfindən təşviqi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində aqroturizm fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi, ixtisaslaşmış ictimai birliklərin fəaliyyətinin dəstəklənməsi və dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi imkanları müəyyənləşdirilir.
Kənd yerlərində turizm infrastrukturunun yaradılması, turizm potensialının artırılması və müxtəlif aqroturizm məhsullarının formalaşdırılması üçün şəraitin yaradılması da nəzərdə tutulur.
Bundan başqa, aqroturizm sahəsində uçot, statistika, təhlil və tədqiqatların aparılması, təhsil və təlim proqramlarının həyata keçirilməsi, müsabiqələrin təşkili və sertifikasiya mexanizminin formalaşdırılması təklif olunur.