BAKI, 7 oktyabr. TELEQRAF

Qanun layihəsində aqrar məhsulların satış yerlərinin dairəsi genişləndirilir.

Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, aqrar məhsulların topdan və pərakəndə satışı aqrar məhsul bazarları, satış yarmarkaları, fermer mağazaları, səyyar satış yerləri və elektron platformalar vasitəsilə həyata keçirilə bilər.

Beləliklə, elektron platformalar qanun layihəsində aqrar məhsulların rəsmi satış kanallarından biri kimi müəyyənləşdirilir.

Layihədə aqrar kooperativlərin də satış yerləri təşkil etməsinə və aqrar məhsul bazarlarında ticarət yerləri əldə etməsinə imkan verilir. Kooperativlərin satış yerlərində yalnız aqrar məhsul istehsalçılarının istehsal etdiyi məhsulların satışına yol veriləcək.