BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ Litvaya “Switchblade 600” zərbə dronları tədarük edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu silahlar Litva ordusuna zirehli texnikaya qarşı mübarizədə yeni imkanlar yaradacaq, çəkindirmə və təhlükəsizliyi gücləndirəcək”, - Litva müdafiə naziri Robertas Kaunas bildirib.
Tədarük olunan zərbə PUA-larının sayı açıqlanmayıb. “Switchblade 600” dronlarını Litvaya Amerikanın “AeroVironment” şirkəti tədarük edir.
Son üç il ərzində Vilnüs ABŞ-dən təxminən 2 milyard avro dəyərində silah və hərbi avadanlıq satın alıb. Litva Baltikyanı ölkələr arasında Amerika silahlarının ən böyük sifarişçisidir.