BAKI, 7 oktyabr. TELEQRAF
Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üzrə növbəti iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə iki məsələ daxil edilib.
İclasda “Aqrar sahə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim edilib.
Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.