BAKI, 7 oktyabr. TELEQRAF
Sentyabrda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ət qiymətləri indeksi orta hesabla 127,9 bənd təşkil edib. Bu, avqust ayı üçün yenidən baxılmış göstərici ilə müqayisədə 1,5 bənd (1,1 faiz) azalma deməkdir.
Teleqraf təşkilata istinadən xəbər verir ki, bu, azalma əsasən quş əti və donuz əti üzrə qiymət təkliflərinin aşağı düşməsi ilə şərtlənib. İribuynuzlu və xırdabuynuzlu heyvan ətinin qiymətləri isə ümumilikdə sabit qalıb.
Avropa İttifaqı tərəfindən idxal tələbatının zəifləməsi səbəbindən qlobal bazarda quş ətinin qiyməti aşağı düşüb. Bu təsir xüsusilə yüksək əlavə dəyərli məhsullarda özünü büruzə verib. Bu vəziyyətə həmçinin yeni qaydalar qüvvəyə minməzdən əvvəl idxalda müşahidə olunan kəskin artım da təsir göstərib.
Əsas ixracatçı ölkələrdəki əhəmiyyətli təklif həcmi fonunda donuz ətinin qiyməti də aşağı düşüb. Quzu ətinin orta qiyməti demək olar dəyişməz qalıb.