BAKI, 7 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Zelim Tçkayev mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən qoşulub.

Tçkayev bu mərhələdə Moldovadan olan rəqibi Viktor Sterpu ilə qarşılaşıb. Görüşü qələbə ilə başa vuran təmsilçimiz rəqibini üstələyərək 1/8 final mərhələsinə vəsqə qazanıb.