BAKI, 7 oktyabr. TELEQRAF

Sabunçuda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Rayon ərazisində yerləşən lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.