BAKI, 7 oktyabr. TELEQRAF
Qanun layihəsində aqrar sahədə dövlət tərəfindən göstəriləcək xidmətlərin geniş siyahısı müəyyənləşdirilir.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bu günki iclasında müzakirəyə çıxarılıb.
Bu xidmətlərə elektron qeydiyyat, məlumat və məsləhətlərin verilməsi, seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi, heyvanların müayinəsi, müalicəsi və profilaktikası, bitki mühafizəsi xidmətləri daxildir.
Bundan başqa, toxum istehsalçılarının qeydiyyatı, toxum sertifikatlarının verilməsi, traktorların və müəyyən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və texniki baxışı da aqrar xidmətlər sırasında göstərilir.
Siyahıya aqrar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının və maliyyə icarəsinin maliyyələşdirilməsi, eləcə də güzəştli kreditlərin maliyyələşdirilməsi də daxildir.