Yeni qanun layihəsində aqrar sahədə dövlət nəzarətinin həyata keçiriləcəyi əsas istiqamətlər müəyyənləşdirilir.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Nəzarət seleksiya nailiyyətlərinin qeydiyyatı, istifadəsi və mühafizəsini, heyvandarlığın və damazlıq heyvandarlıq işinin təşkilini, toxum istehsalı və keyfiyyətini əhatə edəcək.
Bundan başqa, kənd təsərrüfatı texnikasının texniki vəziyyəti, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyi, genetik ehtiyatların mühafizəsi, güzəştlərdən və güzəştli kreditlərdən təyinatı üzrə istifadə də dövlət nəzarətinin predmetinə daxil ediləcək.
Aqrar subsidiyaların prosedurlarına riayət olunması, torpaqlardan səmərəli istifadə, təhlükəli tullantıların idarə olunması, heyvan və bitki sağlamlığı, eləcə də qida təhlükəsizliyi də nəzarət istiqamətləri sırasında göstərilir.