BAKI, 7 oktyabr. TELEQRAF
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili baş nazirin müavini vəzifəsini də icra edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumətin bu gün keçirilən iclasında bildirib.
“Qərarımız barədə sizə məlumat vermək istərdim. Xanım Mariam Kvrivişviliyə Gürcüstan baş nazirinin müavini vəzifəsi həvalə ediləcək, bu ona gələcəkdə daha uğurlu fəaliyyətində və iqtisadi sektorun daha da gücləndirilməsində kömək edəcək”, - Baş nazir qeyd edib.