BAKI, 7 oktyabr. TELEQRAF
Aqrar sahədə su ehtiyatlarından səmərəli istifadə qanun layihəsinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilir.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, suvarma şəbəkələrinin su itkilərini azaldan texnologiyalar əsasında qurulması və qapalı suvarma sistemlərinin genişləndirilməsi nəzərdə tutulur.
Bitkilərin bioloji xüsusiyyətlərinə uyğun suvarma minimumlarının və qrafiklərinin müəyyən edilməsi, su limitlərinə riayət olunması və su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə nəzarət də təkliflər arasındadır.
Həmçinin aqrar sahənin ehtiyacları üçün yeni sututarların yaradılması və istifadə olunmuş suların təkrar istifadəsinin genişləndirilməsi nəzərdə tutulur.