BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda aqrar subsidiyaların tətbiqi ilə bağlı qərarların qəbul edilməsi üçün Aqrar Subsidiya Şurasının yaradılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Şuranın tərkibi və səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.
Sənəddə bildirilir ki, dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı Aqrar İnformasiya Sisteminin məlumatları əsas götürüləcək. Eyni zamanda, aqrar məhsul istehsalçılarının reytinq sistemi də nəzərə alınacaq.
Subsidiya mexanizminin tətbiqi qaydasının da müvafiq qurum tərəfindən müəyyənləşdirilməsi təklif olunur.