BAKI, 7 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Vüsal Qələndərzadə tatami üzərinə çıxıb.

Teleqraf xəbər verir ki, kişilərin -81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/32 final mərhələsində Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşıb.

Cüdoçumuz rəqibini məğlub edərək 1/16 finala vəsiqə qazanıb. O, bolqar idmançını vaxtından əvvəl ipponla məğlub edib.

Vüsal 1/16 finalda Estinoya təmsilçisi Saad Dikajev ilə münasibətlərə aydınlıq gətirəcək.