BAKI, 7 oktyabr. TELEQRAF

Diplomatik xidmət əməkdaşlarının pensiya təminatı ilə bağlı dəyişiklik təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyası üzrə keçirilən bugünkü iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin bu günki komitə iclasında da məhz “Diplomatik xidmət haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının pensiya və aylıq pensiya əlavəsi təminatının “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulan qaydada həyata keçirilməsi təklif edilir. İnzibati-texniki xidmət əməkdaşlarının pensiya təminatının isə dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulur.