BAKI, 7 oktyabr. TELEQRAF

“Kansler Fridrix Merts Almaniyanı Rusiyanın hədəfinə çevirir”.

Teleqraf xəbər verir ki, bunu radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.

“Fridrix Merts Almaniyanı Rusiyanın hədəfinə çevirir. Buna dərhal son qoyulmalıdır”, - o bildirib.

Vaydel iddia edib ki, Ukraynadakı müharibə Avropa, xüsusilə Almaniya üçün təhlükəsizlik təhdidinə çevrilib. AfD lideri həmçinin Mertsi istehza ilə “Almaniyanın indiyə qədərki ən yaxşı kansleri” adlandırıb.