BAKI, 7 oktyabr. TELEQRAF

Sentyabrda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl qiymətləri indeksi orta hesabla 122,8 bənd təşkil edib.

Teleqraf xəbər verir ki, bu da avqust ilə müqayisədə 6 bənd (5,1 faiz), 2025-ci ilin sentyabr ayı səviyyəsindən isə 18 bənd (17,2 faiz) yüksəkdir.

Avqust ilə müqayisədə qlobal bazarda buğdanın qiyməti 6,3 faiz artaraq 2023-cü ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb. Bununla belə, ayın sonuna doğru gündəlik kotirovkalarda cüzi azalma müşahidə olunub.

Bu artım ilk növbədə Qara dəniz regionundakı logistik problemlərdən qaynaqlanıb. Hansıki həmin problemlər idxalatçıları alternativ təchizatçılara üz tutmağa məcbur edib.

Şimali Amerikanın bəzi bölgələrində payızlıq buğda əkini mövsümü ərəfəsində müşahidə olunan quraq hava şəraiti də qiymətlərin artmasına təsir göstərib. ABŞ-da məhsuldarlığın gözləniləndən aşağı olması və Braziliyadan ixrac imkanlarının azalması səbəbindən təklifin məhdudlaşacağı proqnozları fonunda, qarğıdalının dünya üzrə qiyməti aylıq müqayisədə 5,6% artaraq son üç ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.