BAKI, 4 avqust. TELEQRAF
Rusiya Federasiyası Kommunist Partiyasının Lipetsk vilayət komitəsinin fasadından Stalinin təsviri olan pankart oğurlanıb.
Teleqraf xəbər verir ki, bu barədə partiya şöbəsi məlumat yayıb.
Naməlum şəxslər vilayət komitəsinin binasının fasadından Stalinin təsviri olan Rusiya hökumətinin Ukraynaya qarşı "xüsusi hərbi əməliyyatına" həsr olunmuş pankartı çıxarıblar.
Partiyadan bildiriblər ki, pankart barbarcasına qoparılıb və naməlum istiqamətə aparılıb.