BAKI, 6 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turunun açılış günündə “Neftçi” “Kəpəz”i qəbul edib.
Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.
Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Azər Məmmədovun komandası isə 17 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün daha öncə baş tutan görüşündə “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.