BAKI, 6 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XI turunda bu gün ilk qarşılaşma keçirilib.

Teleqraf xəbər verir ki, “Qarabağ” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.

“Azersun Arena”da keçirilən görüşün taleyini bir qol həll edib. Qonaqların heyətində Roderik Miller fərqlənərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, turun ilk oyun gününün digər qarşılaşmasında saat 20:00-da “Neftçi” “Kəpəz”lə üz-üzə gələcək.