BAKI, 1 iyul. TELEQRAF
Avstraliyada sörfinqçilər yeniyetməni köpək balığının hücumundan sonra xilas ediblər.
Teleqraf “9News”a istinadən xəbər verir ki, 16 yaşlı oğlan köpək balığının hücumundan sonra xəstəxanaya yerləşdirilib .
Məlumata görə, Cabarita çimərliyi yaxınlığında yeniyetmə üzərkən köpək balığı onu dişləyib.
Orada dalğalar üzərində hərəkət edən sörfinqçilər onun fəryadını eşidəndən sonra köməyə qaçıblar. Onlar yaralı uşağı taxtaya qoyub sahilə aparıblar.
Sahildə olan qadınlardan birinin həkim olduğu üzə çıxıb. O, yaralıya ilkin tibbi yardım göstərib və oğlan dərhal xəstəxanaya çatdırılıb.