BAKI, 13 noyabr. TELEQRAF
Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” və “Tesla” şirkətləri dekabr ayında birləşmə barədə rəsmi açıqlama verə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən yazıb.
Agentliyin məlumatına görə, iki şirkətin birləşməsi tarixdə ən böyük korporativ sövdələşmə ola bilər.
Nəticədə elektromobil, enerji saxlama batareyaları, raket və peyk texnologiyalarını, eləcə də süni intellekt həllərini birləşdirən nəhəng konqlomeratın yaradılması nəzərdə tutulur.
Hazırda işçi qrupları mümkün birləşmənin şərtlərini və yeni şirkətin idarəetmə strukturunu müzakirə edirlər.
Qeyd edək ki, İlon Mask daha əvvəl “Tesla” və “SpaceX” arasında birləşmə imkanlarının nəzərdən keçirildiyini açıqlamış və belə bir addımı dəstəklədiyini bildirmişdi.