BAKI, 13 noyabr. TELEQRAF
Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqların vaxtı artıq razılaşdırılıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff jurnalistlərə açıqlamasında bildirib.
“Qrafikimizdə artıq növbəti görüş var”, – deyə Uitkoff qeyd edib.
O, Ukraynada sülhə nail olmaq üçün bütün tərəflərin intensiv çalışacağını vurğulayıb.
ABŞ rəsmisi danışıqların növbəti raundunun konkret tarixini açıqlamayıb.
Qeyd edək ki, Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Dublinə gediblər. Onların burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü nəzərdə tutulub.