BAKI, 13 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatdırılmasına kömək etməkdə qətiyyətlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.

Onun sözlərinə görə, Trampın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ABŞ nümayəndə heyətinə verdiyi təlimatlar da məhz bu məqsədə yönəlib.

Uitkoff vurğulayıb ki, Amerika lideri müharibənin sona çatdırılması istiqamətində səylərin davam etdirilməsini istəyir.