BAKI, 13 noyabr. TELEQRAF

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, D Liqasının II qrupunda mübarizə aparan Ayxan Abbasovun komandası səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Vaduz şəhərindəki “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qarşılaşmanı estoniyalı FIFA referisi Kristo Tohver idarə edəcək.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan millisi 3 oyundan sonra 5 xalla qrup lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb.

Yığmamız Lixtenşteynə qalib gələcəyi təqdirdə, qrupun son oyununun nəticəsindən asılı olmayaraq, birinci yeri təmin edəcək. Yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacağı üçün Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm turnirin yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.

UEFA Millətlər Liqası
13 noyabr

23:45. Lixtenşteyn – Azərbaycan

Baş hakim: Kristo Tohver (Estoniya)

“Reynpark” stadionu, Vaduz