BAKI, 13 noyabr. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 12-də paytaxtın Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Əsmər Məmmədova idarə etdiyi “Kia Morning” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, Məlahət Əlibəyovanı vurub.

Piyada aldığı xəsarətlərdən təcili tibbi yardım avtomobilində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.