BAKI, 13 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşü məhsuldar qiymətləndirib.
Teleqraf xəbər verir ki, Kuşner danışıqların ətraflı və konstruktiv keçdiyini bildirib.
“Putinlə görüş çox ətraflı və məhsuldar oldu. Bir çox istiqamətdə olduqca yaxşı müzakirələr apardıq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Moskvada Putinlə danışıqlar aparıblar.
Kuşnerin görüşlə bağlı qiymətləndirməsi digər mənbələrdə də yer alıb.